Zavodun anbarından 24 minlik OĞURLUQ
18 mart 2022 19:41 (UTC +04:00)

Zavodun anbarından 24 minlik OĞURLUQ

Mmartın 16-da Şirvan şəhər ərazisindəki zavodun anbarından 24000 manat dəyərində təzyiqli hava aparatının əl tapançası, 10 ədəd yük avtomobilinin yanacaq filtiri, 20 metr mis naqil, avtomobil açar dəsti, 2 ədəd metal əritmə spiralı, 220 kiloqram mis hissə oğurlanıb.

Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Şirvan şəhər Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Məmmədov, E.Bayramov və A.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

# 1479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar