Zaqatalada yoxa çıxan turistin yeni FOTOSU TAPILDI:  itməzdən bir neçə saat əvvəl çəkilib - YENİLƏNİB
30 iyun 2022 13:33 (UTC +04:00)

Zaqatalada yoxa çıxan turistin yeni FOTOSU TAPILDI: itməzdən bir neçə saat əvvəl çəkilib - YENİLƏNİB

Azərbaycan polisi Zaqatalada itkin düşən turistin yeni yayılan fotosuna münasibət bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında bildirib ki, polis həmin fotodan məlumatlıdır: “Foto turist itkin düşməzdən əvvəl çəkilib. O, dağa qalxarkən yolda yerli sakinlərlə qarşılaşıb və onlarla şəkil çəkdirib. Həmin şəxslər bu barədə polisə ifadə veriblər”.

***

saat 12:55

Zaqatala dağlarında yoxa çıxan hindistanlı turistin ən son çəkilmiş və heç yerdə olmayan fotosu ortaya çıxıb.

Lent.az həmin fotonu əldə edib.  

Foto hindistanlı turist Manikath Kondaveeti itkin düşməzdən bir neçə saat əvvəl çəkilib. Fotoda turistin yanındakılar Zaqatala sakinləridir. Məlumata görə, turist dağa qalxarkən yerli sakinlərlə qarşılaşıb və onlarla selfi edib. Şəkil Manikath Kondaveeti tərəfindən yerli sakinlərin telefonu ilə çəkilib. 

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.

48 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.

# 22410
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA:  Sürücülük hüququndan məhrum edilə bilər

Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA: Sürücülük hüququndan məhrum edilə bilər

28 mart 2024 , 20:43
Qatil qeyri-adi şəkildə  həbsxanadan   qaçdı

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı

28 mart 2024 , 19:38
Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

28 mart 2024 , 19:18
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12