Zaqatalada gecəyarı restoranı yardılar
22 iyun 2024 15:34 (UTC +04:00)

Zaqatalada gecəyarı restoranı yardılar

Zaqatalada restoran qarət edilib.

Lent.az xəbər verir ki, iyunun 20-si gecə saatlarında Zaqatala rayonunun Fındıqlı kəndində yerləşən restorandan oğurluq edilib.  

Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan spirtli içkilər və digər ərzaq məhsullarını oğurlayıb.  

Zərərçəkmiş bu barədə polisə müraciət edib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Taleh Xəlilov saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20907
avatar

Oxşar yazılar