Zaqatalada qaz sızması nəticəsində partlayış olub, üç nəfər xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.
Qəsəbə sakini 1955-ci il təvəllüdlü Gülcöhrə Mahmud qızı Balakişiyevaya məxsus, ümumi sahəsi 74 kv/m olan fərdi yaşayış evində qaz sızması səbəbindən partlayış olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları şəxsi heyətləri və hüquq-mühafizə orqan əməkdaşları cəlb edilib. Anidən baş verən partlayış nəticəsində qaz sobasının yerləşdiyi otaqda olan G. Balakişiyeva, 1967-ci il təvəllüdlü Ramiz Tapdıq oğlu Umaxanova və 1957-ci il təvəllüdlü Abdurahman Araz oğlu Balakişiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yanıq xəsarəti alanlardan R. Umaxanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimsiya şöbəsinə, G. Balakişiyeva və A. Balakişiyev isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hər üç yaralıya 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır
![Zaqatalada qaz sızması nəticəsində partlayış baş verən ev](https://lent.az/storage/news/2021/november/28/big/61a37d191d8db61a37d191d8dc163810434461a37d191d8d761a37d191d8d9.jpg)
Zaqatalada qaz sızması nəticəsində partlayış baş verən ev
Zaqatalada evdə PARTLAYIŞ: Xəsarət alanlar var...-FOTO
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Pirsaat anbarında suyun səviyyəsi kritik həddə çatdı](https://lent.az/storage/news/2024/june/28/big/667ef17ef32c1667ef17ef32c21719595388667ef17ef32bd667ef17ef32bf.jpg)
Pirsaat anbarında suyun səviyyəsi kritik həddə çatdı
28 iyun 2024 , 21:21![BELƏSİ OLMAMIŞDI: Qoz ağacından məftillə özünü asdı](https://lent.az/storage/news/2024/june/28/big/667ea9fb3daee667ea9fb3daef1719577083667ea9fb3dae8667ea9fb3daeb.jpg)
BELƏSİ OLMAMIŞDI: Qoz ağacından məftillə özünü asdı
28 iyun 2024 , 19:48![Rusiyada polis bu azərbaycanlın ı axtarır](https://lent.az/storage/news/2024/june/28/big/667eb660b1f56667eb660b1f571719580256667eb660b1f51667eb660b1f53.jpg)
Rusiyada polis bu azərbaycanlını axtarır
28 iyun 2024 , 19:13![Yasamalda KÜTLƏVİ HƏBSLƏR](https://lent.az/storage/news/2024/june/28/big/667eb3685d585667eb3685d5861719579496667eb3685d57f667eb3685d582.jpg)
Yasamalda KÜTLƏVİ HƏBSLƏR
28 iyun 2024 , 16:33!["Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi](https://lent.az/storage/news/2024/june/28/big/667eaa897a6d2667eaa897a6d31719577225667eaa897a6cc667eaa897a6cf.jpg)
"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi
28 iyun 2024 , 16:19![İnterpoldan ƏMƏLİYYAT: Azərbaycanlı tutuldu](https://lent.az/storage/news/2024/june/28/big/667e6e8494323667e6e84943241719561860667e6e849431d667e6e8494320.jpg)
İnterpoldan ƏMƏLİYYAT: Azərbaycanlı tutuldu
28 iyun 2024 , 16:09Bakıda Atatürk parkında restoran yandı - YENİLƏNİB
28 iyun 2024 , 15:15![Xəzərin Azərbaycan sektorunda 200 min dollarlıq QAÇAQMALÇILIQ](https://lent.az/storage/news/2024/june/28/big/667e8c3b55285667e8c3b552861719569467667e8c3b55282667e8c3b55283.jpeg)