Zaqatalada ev yandı: nənə və nəvə...
14 noyabr 2022 08:17 (UTC +04:00)

Zaqatalada ev yandı: nənə və nəvə...

Zaqatalada fərdi yaşayış evində yanğın olub, evdə kirayədə yaşayan nənə və körpə nəvəsi yanıq xəsarətləri alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, yanğın hadisəsi gecə saat 01:20-də Zaqatala şəhəri, Qarabağ  küçəsində Reyhan Davud qızı İsmayılova məxsus, ümumi sahəsi 40 kv/m olan, üç otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 18 kv/m-lik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb. 

Yanğın zamanı evdə kirayədə yaşayan rayon sakini, 1980-cı il təvəllüdlü Elnarə Məhəmməd qızı Qurbanova və onun körpə nəvəsi 2021-ci il təvəllüdlü Elay Famid qızı Dəmirova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. E. Qurbanova və nəvəsi E. Dəmirova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara üzün, boyunun və yuxarı ətrafların 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, müalicələri xəstəxanada davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.
 

# 10752
avatar

Oxşar yazılar

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

20 aprel 2024 , 11:04
Biləsuvarda DƏHŞƏT:  76 yaşlı qadın yaylığı ilə  özünü asdı

Biləsuvarda DƏHŞƏT: 76 yaşlı qadın yaylığı ilə özünü asdı

20 aprel 2024 , 10:14
Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33