Zaqatalada AĞIR QƏZA  zamanı yaralanan müəllim öldü -FOTO  -YENİLƏNİB
13 iyun 2022 09:41 (UTC +04:00)

Zaqatalada AĞIR QƏZA zamanı yaralanan müəllim öldü -FOTO -YENİLƏNİB

Zaqatalada qəzaya düşən şəxslərdən biri dünyasını dəyişib.

Lent.az-ın əldə etdiyi məlumata görə, qəzada yaralananlardan Elçin Bədirov ağır xəsarətlərlə müalicə olunmaq üçün Bakıya gətirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E. Bədirovun müəllim işlədiyi bildirilir.

Elçin Bədirov 

Elçin Bədirov 

12.06.2022

Saat 10:00

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub, dörd nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

“Ford” markalı  62 BO 101 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə “VAZ 2106” markalı 62 BL 239 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. 

Zaqatala RMX-dan bildirilib ki, yaralılardan rayonun Əliabad qəsəbə sakinləri olan 1995-ci il təvəllüdlü Malik Şaban oğlu Bədirov və 1988-ci il təvəllüdlü Elçin Rəcəb oğlu Bədirovun müayinə və müalicəsi xəstəxanada davam etdirilir. Daha iki nəfərin xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 7662
avatar

Oxşar yazılar