Sabirabadda bıçaqlanma hadisəsi qeydə alınıb
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.
Kənd sakini, 21 yaşlı Məmmədov Adəm Qurbanxan oğlu qarının ön divarının kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb. Həmin şəxsi onun yaşadığı qadının 16 yaşlı oğlu Bürxanov Seyidəli Məmmədili oğlunun bıçaqladığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.