Yaşlı qadını öldürdü, cəsədini  parçaladı
25 iyul 2023 12:07 (UTC +04:00)

Yaşlı qadını öldürdü, cəsədini parçaladı

Zabaykalye ərazisində əməliyyatçılar qatili yaxalayıblar.

Lent.az bildirir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, 50 yaşlı kişi evdə ona köməklik etdiyi təqaüdçüyə qarşı vəhşilik edib. 

Qətl Krasnokamenskdə baş verib. Kişi 71 yaşlı qadını öldürüb, sonra isə onun cəsədini parçalayıb.

Məlumata görə, kişi sərxoş halda qadından pul tələb edib. İmtina etdikdən sonra onu boğub, sonra cəsədi parçalayıb. Onun mənzilindən noutbuk, qiymətli əşyalar, o cümlədən bank kartı və  40 min rubldan çox pul oğurlayıb.

Anasinin yanına gələn oğlu mənzildə qan izləri aşkar edib. O, polisə məlumat verib. Qatil olduğu iddia edilən şəxs həbs edilib.

Məlum olub ki, hadisəni törədən şəxs əvvəllər də dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1612

Oxşar yazılar