Yasamalda kosmetoloji marketdən OĞURLUQ  - Nələr apardılar?
12 iyul 2024 11:55 (UTC +04:00)

Yasamalda kosmetoloji marketdən OĞURLUQ - Nələr apardılar?

Yasamal rayonunda kosmetoloji marketin anbarından oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 9-na keçən gecə baş verən hadisə ilə bağlı polisə məlumat verilib. 

Məlum olub ki, anbardan 2300 manat dəyərində kosmetik əşyalar oğurlanıb.  

Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Pərviz Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Sevinc Fərid

Oxşar yazılar