Yalan ifadə verməyə məcbur edildi,  özünü öldürmək istədi
03 oktyabr 2022 17:41 (UTC +04:00)

Yalan ifadə verməyə məcbur edildi, özünü öldürmək istədi

2022-ci ilin sentyabrın 29-da Yevlax rayon sakini, 15 yaşlı Ramil Əliyevin (ad və soyad şərtidir-red.) Yevlax-Bərdə yolunun üzərindəki körpünün üzərinə çıxaraq oradan intihara cəhd etməsi faktı ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılıb.

Yevlax rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla barəsində məhkəmədə cinayət işi olan Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Bu fakta görə Cinayət Məcəlləsinin 299.2 (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Zaur Təhməzov Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

# 2322
avatar

Aytəkin Cəlali

Oxşar yazılar