İman Baxşaliyev
15 mart 2021 17:21 (UTC +04:00)

İman Baxşaliyev

Xocavənddə mülki şəxs minaya düşdü - YENİLƏNİB

Xəbərə fotolar əlavə edilib.

***

15:05

Martın 13-də saat 16 radələrində 41 yaşlı İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xocavənd rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2532
avatar

Mehman Nəbiyev

Oxşar yazılar