Aşkarlanan mina
04 may 2022 11:32 (UTC +04:00)

Aşkarlanan mina

Xəzərdə gəmi minaları TAPILDI - FOTO

"UMID BABEK OPERATING COMPANY" əməliyyat şirkətinin Azərbaycandakı filialı Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılmış 6 ədəd böyük gəmi minası (КБ-1) olması müəyyənləşib.

Aşkarlanmış minaların bu il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb.

Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir.

# 2343
avatar

Mehman Nəbiyev

Oxşar yazılar