Xətai prospektində QƏZA:  Piyada öldü,   sürücü qaçdı-YENİLƏNİB
06 fevral 2023 00:48 (UTC +04:00)

Xətai prospektində QƏZA: Piyada öldü, sürücü qaçdı-YENİLƏNİB

Gəncədə yol qəzasında ölən piyadanın kimliyi məlum olub. 

Lent.az APA-ya istinadla xəbər verir ki, həlak olan 1970-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğludur. 
 

***

00.27

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat  hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan naməlum avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

# 2688
avatar

Oxşar yazılar