“ATV” –nin efirində yayımlanman “Məni yarımdan soruş” verilişinin bugünkü efirində böyük final həyəcanı yaşanacaq. Lent.az-ın məlumatına görə, bu gün axşam saat 21:40-da yayımlanacaq proqramda bir çox sürprizlər gözlənilir. Bu barədə layihənin mətbuat katibi Faiq Ələkbərov danışıb. O, bildirib ki, layihənin final buraxılışında ailəli və nişanlı cütlüklər avtomobili qazanmaqdan ötrü dəridən-qabıqdan çıxacaqlar, ən çətin oyunlarda qələbə qazanmağa çalışacaqlar: “Final mərhələsində nişanlı və ailəli cütlükləri ən çətin sınaqlar gözləyir. Aparıcılar Zaur və Günay Baxşəliyevlərin təqdim etdikləri layihədə cütlüklərə hər ay bir maşın veriləcək”.
Mətbuat katibi onu da deyib ki, layihədə iştirak etmək istəyən cütlüklərin sayı hədsiz dərəcədə çoxdur: “Layihəyə qatılmaqla bağlı çoxlu sayda zənglər daxil olur. “Biz bu layihədə necə iştirak edə, qeydiyyata necə düşə bilərik?” kimi suallar verilir. Bacarığına güvənən nişanlı və ailəli cütlüklərin nəzərinə çatdıraq ki, “Məni yarımdan soruş” layihəsinə qatılmaq üçün www.meniyarimdansorush.com saytına daxil olsunlar, arzularını reallaşdırsınlar. Yaxın günlərdə verilişin yeni çəkilişlərinə start veriləcək”.
Qeyd edək ki, “ATV” kanalı və “Renk Medya”nın birgə layihəsi olan verilişin informasiya dəstəkçisi Lent.az saytıdır.