Zaqatalada məktəb binasında yanğın olub
16 aprel 2014 23:51 (UTC +04:00)

Zaqatalada məktəb binasında yanğın olub

Zaqatala rayonunda məktəb binasında yanğın olub.

Fövqaladə Hallar Nazirliyinin(FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin  16-ı axşam saatlarında  rayonun  Muğanlı kəndində ümumi sahəsi 2300 kv/m olan məktəb binasında qeydə alınıb.

 

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb.

 

Yanğın nəticəsində məktəb binasının dam örtüyünə çəkilmiş qırın 30 kv/m-i yanıb. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMX-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar