Yol polisini maşın vurub
21 dekabr 2013 11:17 (UTC +04:00)

Yol polisini maşın vurub

0
 Bakıda yol polisini maşın vurub.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Neftçilər prospektində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Yusif Ələsgərovun idarə etdiyi 10 SU 025 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə xidmətdə olan, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1969-cu il təvəllüdlü Asif Qiyas oğlu Mirzəliyevi vurub.

 

A. Mirzəliyev kəllə beyin travması ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Hadisəni törədən Y. Ələsgərov şübhəli şəxs qismində tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2049

Oxşar yazılar