Yol polisini bıçaqlayan sürücüyə hökm oxundu – MƏHKƏMƏ
20 dekabr 2013 23:11 (UTC +04:00)

Yol polisini bıçaqlayan sürücüyə hökm oxundu – MƏHKƏMƏ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşına müqavimət göstərməkdə və qəsdən sağlamlığa xəsarət yetirməkdə təqsirləndirilən Müseyib Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən,  Şirinov barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və o, məhkəmə zalında həbs edilib.

 

APA-nın xəbərinə görə, M. Şirinov avtomobili idarə edərkən yol polisi əməkdaşlarının tələbinə məhəl qoymayıb, onlara müqavimət göstərib və bıçaqla bir polis əməkdaşını yaralayıb. O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə əsasən ittiham edilib. Onun  barəsində cinayət işi başlanılsa da, istintaq dövründə barəsində həbs-qətimkan tədbiri seçilməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1321

Oxşar yazılar