Xəzərdə balıqçı qayığı batıb: ölən var
11 aprel 2013 12:16 (UTC +04:00)

Xəzərdə balıqçı qayığı batıb: ölən var

Xəzər dənizinin Masallı rayonu sahillərində bədbəxt hadisə baş verib. Masallı rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Təzəkənd kənd sakinləri 32 yaşlı Elsevər Allahverdiyev və 34 yaşlı Niyaməddin Ağayev qayıqla dənizə balıq ovuna çıxıblar. Lakin onların qayığı dənizdə batıb. N.Ağayev üzərək sahilə çıxa bilib. E.Allahverdiyev dənizdə boğulub.

 

Hazırda ölən şəxsin meyitinin tapılması istiqamətində iş aparılır.

 

Qeyd edək ki, hər iki şəxs Təzəkənd kənd sakinləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar