Xalq artistinin ailəsini dağıdan 200 minlik maşının sahibi kimdir? - YENİLƏNİB
15 mart 2014 11:09 (UTC +04:00)

Xalq artistinin ailəsini dağıdan 200 minlik maşının sahibi kimdir? - YENİLƏNİB

Martın 15-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunda xalq artisti Ağasəlim Abdullayevin və ailə üzvlərinin olduğu avtomobilin sahibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, A.Abdullayevin oğlu Vüqar Abdullayevin idarə etdiyi “VAZ 2106”-nı, 90 FE 007 nömrə nişanlı, “Mercedes Galenvagen G55 AMG” markalı lüks avtomobil vurub. Həmin avtomobilin sükanı arxasında isə Bakı şəhər Səbail rayonu, Nizami küçəsi 8 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdlü Mədətov Xalid Mübariz oğlu olub.

 

Qeyd edək ki, “Mercedes Galenvagen G55 AMG”-nin tüninq edilmiş modellərinin qiyməti 200-250 min dollar arasıdır.

 

Onu da qeyd edək ki, qəzada Ağasəlim Abdullayevin 6 yaşlı nəvəsi Ağasəlim Abdullayev və həyat yoldaşı Brilliant Abdullayeva həlak olub.Özü, oğlu və gəlini isə yaralanıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15493

Oxşar yazılar