Vətəndaşlar məhkəmələrlə bağlı nazirə müraciət ediblər
26 dekabr 2013 17:35 (UTC +04:00)

Vətəndaşlar məhkəmələrlə bağlı nazirə müraciət ediblər

0

Dekabrın 26-da ədliyyə naziri Fikrət Məmmədov İmişlidə vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Qəbulda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli və digər rayonlarında yaşayan vətəndaşlar, habelə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər iştirak edib.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1096

Oxşar yazılar