Ukraynadan tank əleyhinə raket kompleksi alınıb
18 iyul 2013 17:05 (UTC +04:00)

Ukraynadan tank əleyhinə raket kompleksi alınıb

Azərbaycan 2012-ci ildə Ukraynadan 3 ədəd tank əleyhinə idarə olunan raket kompleksi satın alıb.


 

APA-nın məlumatına görə, bu barədə Ukrayna İxraca Nəzarət  Dövlət Xidmətinin hesabatında bildirilib.

 

Hesabatda satılan tank əleyhinə idarə olunan raket kompleksinin tipi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Ukrayna Azərbaycana 2011-ci ildə 6, 2010-cu ildə isə 1 ədəd tank əleyhinə raket kompleksi satdığını açıqlayıb.

 

Azərbaycanın ötən dövrdə Ukraynadan əsasən «Skif» kompleksləri aldığı qeyd olunur.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 809

Oxşar yazılar