Türkiyədə “əl-Qaidə” əməliyyatı: 2 azərbaycanlı həbs olundu
11 aprel 2013 15:31 (UTC +04:00)

Türkiyədə “əl-Qaidə” əməliyyatı: 2 azərbaycanlı həbs olundu

Türkiyənin Tekirdağ vilayətində “əl-Qaidə” terrorçularına qarşı aparılan əməliyyat nəticəsində 12 nəfər həbs olunub. Lent.az-ın “İhlas” agentliyinə istinadən verdiyi məlumata görə, tutulanlardan 2-si azərbaycanlıdır.

 

Qalan şəxslərdən 2-nin çeçen, 8-nin türk olduğu bildirilir. Əməliyyat nəticəsində 5 tüfəng, 5 tapança, 22 kq partladıcı maddə və C-4 bombası ələ keçirilib. Eyni zamanda 6 noutbuk müsadirə olunub. Noutbukda teleaparıcı Acun Ilıcalı, yazar Adnan Oktarın yaşadığı yerlərin, Koç Muzeyinin, ABŞ səfirliyinin və 1 sinaqoqun sxemləri aşkarlanıb. Hətta onların məskunlaşdıqları yerlərin “Google Earth” vasitəsilə görüntüləri də üzə çıxıb.

 

# 2910
avatar

Oxşar yazılar