TQDK biologiya fənni üzrə test toplusu nəşr edib
13 dekabr 2013 11:00 (UTC +04:00)

TQDK biologiya fənni üzrə test toplusu nəşr edib

0

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan biologiya fənni (Azərbaycan dilində) üzrə test tapşırıqları toplusu çapdan çıxıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, topluya 1994-2013-cü illərdə keçirilən müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Topluda test tapşırıqlarının 20-25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. 

Toplu test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur. 

Toplu nəşrə hazırlanarkən test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilib, həm məzmun, həm də formaca təkmilləşdirilib.  

Biologiya fənni üzrə test toplusu yaxın günlərdə rus dilində də nəşr olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1315

Oxşar yazılar