Toyda dava: 4 nəfər bıçaqlandı, bir nəfər döyüldü - YENİLƏNİB
06 yanvar 2014 00:02 (UTC +04:00)

Toyda dava: 4 nəfər bıçaqlandı, bir nəfər döyüldü - YENİLƏNİB

0

Göyçay rayonunda toy mərasimi dava ilə nəticələnib. APA-nın məlumatına görə, hadisə rayonun Bəydövül kəndində qeydə alınıb.

 

Kənddə təşkil edilən toy mərasimində iştirak edən qonaqlar arasında baş verən kütləvi dava zamanı 1988-ci il təvəllüdlü Mustafayev Nüsrət Əfqan oğlu, 1989-cu il təvəllüdlü Yusifov Rusif Ramiz oğlu, 1993-cü il təvəllüdlü Yusifli Rüstəmxan Alxan oğlu və 1965-ci il təvəllüdlü Qorxmaz  Sərxan oğlu Yusifov bıçaqlanıb, 1987-ci il təvəllüdlü Mustafayev Nəzarət Əfqan oğlu dəmir küt alətlə döyülüb.

Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4638

Oxşar yazılar