Toya gedən qadın faciəvi şəkildə öldü
30 mart 2014 17:27 (UTC +04:00)

Toya gedən qadın faciəvi şəkildə öldü

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.APA-nın məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində Göyçay rayonunun Bığır kəndində qeydə alınıb.

 

Kənd sakini, 1960-cı il təvəllüdlü İbrahimova Zemfira İbrahimxəlil qızı Yuxarı Şirvan kanalının üstündəki piyada körpüsündən keçərkən ayağı sürüşərək suya düşüb. Qar və yağış yağdığı üçün piyada körpüsünün üstündəki torpaq islanaraq palçığa çevrilib və qadın küləkli havada körpüdə ayağı sürüşərək kanalın ortasına düşüb. Suda boğularaq ölən Zemfira İbrahimova Bığır kənd Xəstəxanasında tibb bacısı işləyirdi. Üç uşaq anası olan Zemfira İbrahimovanın meyidinin tapılması üçün hazırda kanalda axtarış aparılır.

 

Qeyd edək ki, bu gün axşam mərhum Zemfira İbrahimovanın qaynının oğlunun toy mərasimi olacaqdı. O, həmin toy mərasimi keçiriləcək evə gedərkən yolda kanalın üstündən suya düşüb.

 

 Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3590

Oxşar yazılar

İrandan Azərbaycana PUA ilə narkotik  keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI:  birinin 8 yaşı var

Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var

29 iyul 2025 , 11:09
Şəkidə DƏHŞƏT:  56 yaşlı kişi qocaları bıçaqladı

Şəkidə DƏHŞƏT: 56 yaşlı kişi qocaları bıçaqladı

29 iyul 2025 , 10:55
Xaçmazda dənizdən meyit tapıldı  - YENİLƏNİB

Xaçmazda dənizdən meyit tapıldı - YENİLƏNİB

29 iyul 2025 , 09:01
Ağstafada yeniyetməni bıçaqladılar

Ağstafada yeniyetməni bıçaqladılar

29 iyul 2025 , 08:37
Zaqatalada məmurun evi yandı

Zaqatalada məmurun evi yandı

29 iyul 2025 , 08:27
Şəmkirdə iki nəfər  bıçaqlandı - YENİLƏNİB

Şəmkirdə iki nəfər bıçaqlandı - YENİLƏNİB

29 iyul 2025 , 08:24
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

29 iyul 2025 , 07:00