Tovuz sakinini qatar vurub
16 sentyabr 2014 10:55 (UTC +04:00)

Tovuz sakinini qatar vurub

0

 

Tovuz rayonunun Qovlar şəhərində 47 yaşlı kişini qatar vurub.


 

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə baş verib.

 

Rayonun Əyyublu kənd sakini, 1977-ci il təvəllüdlü Rzayev Qabil Fərman oğlu Qovlar şəhərində dəmir yol xəttinin keçmək istəyərkən qatar onu vurub. Q. Rzayev kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin sınığı diaqnozu ilə Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

 

 

Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 797

Oxşar yazılar