Tikilən evdə partlayış: iki nəfər yaralanıb
17 sentyabr 2013 04:12 (UTC +04:00)

Tikilən evdə partlayış: iki nəfər yaralanıb

Qax rayonunda yeni inşa edilən evdə partlayış baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə sentyabrın 16-da axşam saat 21:00 radələrində rayonun Zərnə kəndində Məmmədov Əfəndi Abdulhəmid oğluna məxsus, yeni inşa edilən birmərtəbəli, ümumi sahəsi 150 kv.m olan 4 otaqlı evdə baş verib.

 

Ustalıq fəaliyyəti ilə məşğul olan rayonun Turaclı kəndinin sakini, 1993-cü il təvəllüdlü Hüseyinli İsmayıl Əli oğlu və rayonun Marsan kəndinin sakini, 1984-cü il təvəllüdlü İbişov Yalçın İbiş oğlu evin döşəməsinə “dolğu” adlanan kimyəvi boyanı sürtən zaman evdə qəfildən partlayış olub. Partlayışdan sonra İsmayıl Hüseynlinin və Yalçın İbişovun işlədiyi otaqda və evin eyvanında qısamüddətli alovlanma baş verib. Alovlanma nəticəsində evin eyvanının tavan hissəsinə vurulmuş “lanbir” 10 kv.m sahədə yanaraq yararsız hala düşüb.

 

Hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin Qax rayon  Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyi nətəcəsində evin yanmasının qarşısı alınıb.

 

İsmayıl Hüseynli və Yalçın İbişov isə aldıqları  müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.  Qax MRX-dan APA-ya verilən məlumata görə, xəstəxanaya yanıq xəsarətləri ilə daxil olan İsmayıl Hüseynliyə bədəninin 45 faizi yandığı üçün I və II dərəcəli texniki yanıq diaqnozu qoyulub. İ.Hüseynlinin vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

 

Yalçın İbişovun bədənində yanıq xəsarətləri yüngül olduğu üçün xəstəxanada ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə almaq üçün evə buraxılıb.

 

Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09