Tərtərdə yağan yağışlar nəticəsində sel suları Borsunlu, Dəmirçilər kəndində bir neçə evin zirzəmisinə və həyətinə dolub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Qarabağ Regional Mərkəzi müvafiq xilasetmə qüvvələri və texnikası ilə yağıntının fəsadlarını aradan qaldırmaq üçün əraziyə cəlb edilib.
Borsunlu kəndində bir evin zirzəmisi, Dəmirçilər kəndində isə bir evin həyəti yağış sularından təmizlənib. Əməliyyat saat 03:20-də başa çatıb.