Təhsil Nazirliyindən saxta diplomlara bağlı daha bir açıqlama
18 iyul 2013 18:50 (UTC +04:00)

Təhsil Nazirliyindən saxta diplomlara bağlı daha bir açıqlama

 

Təhsil Nazirliyi ötən tədris ilində neçə saxta diplomlu müəllimin aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib.


 

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunur ki, saxta diplomların aşkar edilməsi tədris ilinin başa çatıb-çatmaması ilə bağlı deyil: “Təhsil Nazirliyi daxil olan sənədlər, müraciətlər əsasında və işə qəbul zamanı təhsil sənədlərinin dövlət nümunəli olub-olmamasını araşdırır, nəticələri barədə məlumat verir. Faktlar aşkar edildikdə isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat göndərilir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092

Oxşar yazılar