Sürücülərə vacib xəbərdarlıq: Bəzi yollar təhlükəlidir
30 mart 2014 17:40 (UTC +04:00)

Sürücülərə vacib xəbərdarlıq: Bəzi yollar təhlükəlidir

Martın 30-na keçən gecə Respublikanın rayonlarına və bu gün gündüz saatlarında Bakıya yağan qar yollarda sürüşkənlik və bəzi yerlərdə buzlaşma yaradıb. Lent.az-ın məlumatına görə, məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Mərkəzdən bildirilib ki, yolların sürükşən olması ilə əlaqədar sürücülərə daha ehtiyatlı olmaları və ara məsafəsini gözləmələri tövsiyə olunur.

 

Bu arada Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı və Bakı-Quba-Rusiya sərhədi magistrallarında buzlaşma var. Sürücülər bu istiqamətdə hərəkətdə olarkən diqqətli olmalıdırlar. Ölkənin digər yollarında da sürüşkənlik müşahidə olunur.

 

Qeyd edək ki, sürücülər belə hava şəraitində sürət həddinə diqqət yetirməli və xüsusi ilə enişli-yoxuşlu yollarda ehtiyatlı olmalıdırlar. Artıq sürüşkən yollarda bir neçə yol qəzasının baş verdiyi də bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3055

Oxşar yazılar

İrandan Azərbaycana PUA ilə narkotik  keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI:  birinin 8 yaşı var

Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var

29 iyul 2025 , 11:09
Şəkidə DƏHŞƏT:  56 yaşlı kişi qocaları bıçaqladı

Şəkidə DƏHŞƏT: 56 yaşlı kişi qocaları bıçaqladı

29 iyul 2025 , 10:55
Xaçmazda dənizdən meyit tapıldı  - YENİLƏNİB

Xaçmazda dənizdən meyit tapıldı - YENİLƏNİB

29 iyul 2025 , 09:01
Ağstafada yeniyetməni bıçaqladılar

Ağstafada yeniyetməni bıçaqladılar

29 iyul 2025 , 08:37
Zaqatalada məmurun evi yandı

Zaqatalada məmurun evi yandı

29 iyul 2025 , 08:27
Şəmkirdə iki nəfər  bıçaqlandı - YENİLƏNİB

Şəmkirdə iki nəfər bıçaqlandı - YENİLƏNİB

29 iyul 2025 , 08:24
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

29 iyul 2025 , 07:00