Sumqayıtda dəhşətli qəzanı törədən şəxs həbs edildi - YENİLƏNİB
25 dekabr 2013 12:42 (UTC +04:00)

Sumqayıtda dəhşətli qəzanı törədən şəxs həbs edildi - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi 5 nəfərin həlak olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 24-də saat 12 radələrində Abşeron rayonu ərazisində Qazax rayon sakini İlham Yunisov idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili qarşıda gedən Bakı şəhər sakini Elşən Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub. İdarəetməni itirən yük maşını yolun əks istiqamətinə çıxıb və Sumqayıt şəhər sakini Akif Sadıxovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

A.Sadıxov və sərnişinləri - Qubadlı rayon sakini Cavid Hidayətdinov, Nurlan Tahirov, habelə şəxsiyyətləri müəyyən edilməmiş 20-25 yaşlı iki kişi hadisə yerində ölüb. DİN BDYPİ tərəfindən araşdırma aparılır.

 

*****

10:26

 

 

Dünən Bakı-Quba magistral yolunun Sumqayıt şəhəri yaxınlığından keçən hissəsində baş vermiş dəhşətli qəzaya görə yük maşınının sürücüsü həbs edilib. Lent.az-ın məlumatına görə, 5 nəfərin ölümü ilə nəticələnən qəzaya səbəbolmuş “Azərkörpü” Tikinti Şirkətinə məxsus  90-AG-518  dövlət nömrə nişanlı, “KamAZ” markalı beton qarışdıran maşının sürücüsü, 1977-ci il təvəllüdlü Yunisov İlham Əmiraslan oğlu polis tərəfindən saxlanılıb.

 

 

Verilən digər məlumata görə, hadisə nəticəsində “Nissan Tiida” markalı avtomobildə ölən şəxslərdən ikisinin şəxsiyyəti hələ də müəyyən edilməyib. Hər iki şəxs 20-25 yaşlı oğlandır. Digər ölənlər isə  həmin avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Sadıqov Akif Məhərrəm oğlu, sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü İdayəddinov Cavid Əjdər oğlu , Azərbaycan Texniki Universitetinin tələbəsi, 1994-cü il təvəllüdlü Tahirli Nurlan Güloğlan oğludur

 

 

Qeyd edək ki, Bakı-Quba yolunun 22-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili ilə betonqarışdıran yük maşını toqquşub. Nəticədə sürücünün idarəetməsindən çıxan yük maşını yolun ortasındakı metal çəpərləri dağıdaraq əks istiqamətə keçib və “Nissan Tiida”ya çırpılıb. Yük maşını “Nissan Tiida”nın üstünə aşıb. Avtomobildə olan 5 nəfər elə hadisə yerindəcə keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7324

Oxşar yazılar