ŞOK! Azərbaycanda iş adamı özünü “Audi Q-7”-də güllələyib
11 aprel 2013 10:09 (UTC +04:00)

ŞOK! Azərbaycanda iş adamı özünü “Audi Q-7”-də güllələyib

Aprelin 10-da axşam saatlarında Abşeron rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində, yolun kənarında 1974-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Barat oğlu özünü “Vinçester” markalı odlu silahla güllələyərək intihar edib. B.Məmmədov özünə məxsus 90 RA 353 dövlət qeydiyyat nişanlı “AUDİ Q-7” markalı avtomobildə həyatına qəsd edib. Onun meyiti yoldan keçən şəxslər tərəfindən aşkar edilib.

 

Məlumata görə, intihar etmiş B.Məmmədov iş adamıdır və biznes fəaliyyəti ilə məşğul olurmuş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6922

Oxşar yazılar