Şəmkirdə gənclər üçün sayt yaradılıb
01 iyun 2015 13:00 (UTC +04:00)

Şəmkirdə gənclər üçün sayt yaradılıb

Azərbaycan Respublikasının Prezidentinin “Dövlət orqanlarının elektornlaşdırılması” barədə Fərmanının icrası məqsədi ilə, Şəmkir rayon Gənclər 
və İdman İdarəsinin shamkir-gii.az adlı rəsmi veb səhifəsi yaradılıb. 
 
Lent.az-ın məlumatına görə, veb səhifədə Gənclər və İdman Nazirliyi, Olimpiya İdman Kompleksləri, Nazirliyin strukturu, Milli Olimpiya Komitəsi, Federasiyalar  haqqında məlumatlar yerləşdirilib. Həmçinin  Şəmkir rayonu, onun tarixi, mədəniyyəti və əhalisi haqqında geniş məlumatlar əks olunub. Saytda Şəmkir rayon Gənclər və İdman İdarəsinin tədbirləri, gördüyü işlər, keçirilən tədbirlər, gənclər və idman siyasəti haqqında məlumatlar da öz əksini tapıb.
 
Saytın əsas özəlliyi isə online müraciət xidmətinin olmasıdır. Belə ki, gənclər onları maraqlandıran istənilən məsələ ilə bağlı birbaşa əlaqə yarada bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227

Oxşar yazılar