Şəmkirdə ağır qəza: 1 ölü, 1 yaralı
10 sentyabr 2013 18:40 (UTC +04:00)

Şəmkirdə ağır qəza: 1 ölü, 1 yaralı

Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin tədqiqatçısı Azər Hüseynovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində qeydə alınıb.

 

Magistral yolla Gəncə istiqamətində hərəkətdə olan, Şəmkir rayonunun Kür qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elşən Əliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil öndə gedən, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Səbuhi Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ 2107” yolun kənarına aşıb və onun sürücüsü E. Əliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, qəsəbə sakini Gündüz Hüseynov isə bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəyə səbəb kimi sürət həddinin yüksək olması göstərilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050

Oxşar yazılar

İrandan Azərbaycana PUA ilə narkotik  keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI:  birinin 8 yaşı var

Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var

29 iyul 2025 , 11:09
Şəkidə DƏHŞƏT:  56 yaşlı kişi qocaları bıçaqladı

Şəkidə DƏHŞƏT: 56 yaşlı kişi qocaları bıçaqladı

29 iyul 2025 , 10:55
Xaçmazda dənizdən meyit tapıldı  - YENİLƏNİB

Xaçmazda dənizdən meyit tapıldı - YENİLƏNİB

29 iyul 2025 , 09:01
Ağstafada yeniyetməni bıçaqladılar

Ağstafada yeniyetməni bıçaqladılar

29 iyul 2025 , 08:37
Zaqatalada məmurun evi yandı

Zaqatalada məmurun evi yandı

29 iyul 2025 , 08:27
Şəmkirdə iki nəfər  bıçaqlandı - YENİLƏNİB

Şəmkirdə iki nəfər bıçaqlandı - YENİLƏNİB

29 iyul 2025 , 08:24
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

29 iyul 2025 , 07:00