Şəkidə qəza: piyada öldü
15 sentyabr 2014 23:27 (UTC +04:00)

Şəkidə qəza: piyada öldü

0

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax yolunun, Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb.

 

1979-cu il təvəllüdlü, Zaqatala rayon sakini Elməddin Abakər oğlu Qacayev idarə etdiyi “Merсedes Vito” markalı,  62 BH 850 dövlət nömrə nişanlı mikroavtobusla  Şəki şəhəri istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada 1977-ci il təvəllüdlü,  Şəki rayonu Aşağı Göynük kənd sakini 1977-ci il təvəllüdlü Faiq Hüseyn oğlu Tahirovu vurub.

 

Faiq Tahirov aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerində ölüb. Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1106

Oxşar yazılar