Sankt-Peterburqda kütləvi zəhərlənmə:onların arasında Azərbaycan vətəndaşları da var
27 avqust 2013 03:26 (UTC +04:00)

Sankt-Peterburqda kütləvi zəhərlənmə:onların arasında Azərbaycan vətəndaşları da var

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən inşaat firmasında kütləvi zəhərlənmə baş verib. APA-nın Rusiya bürosunun məlumatına görə, zəhərlənənlər arasında çoxlu sayda Azərbaycan vətəndaşları olub.

 

“Pulkovo-3” hava limanının tikintisi ilə məşğul olaan IC Ictas-Astaldı inşaat firmasında çalışan 350 nəfər Azərbaycan, Türkiyə və Tacikistan vətəndaşları nahar yeməyindən sonra zəhərlənib. Onların nahar yeməyində verilən toyuq ətindən zəhərləndiyi bildirilib.

 

Zəhərlənən 350 nəfər təcili-tibbi yardımlarla Botnik Dövlət Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə ambulator yardım göstərilib və onlar evə buraxılıb.

 

15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar