Aprelin 17-də Salyan rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yeni Uluxanlı kəndinin mərkəzindən keçən yolun kənarında 1978-ci il təvəllüdlü İmanov Rüstəm Alatun oğlu həmkəndlisi 1979-cu ildə anadan olmuş Nəcəfov Emil Əzizağa oğlunu bıçaqlayaraq qətlə yetirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Qətlin hansı səbəbdən törədilməsi hələlik məlum deyil.