<b>Temperatur 39 dərəcəyə çatır </b>
29 iyun 2016 12:35 (UTC +04:00)

Temperatur 39 dərəcəyə çatır

 

İyunun 30-da Bakıda və Abşeron yarımadasında  hava şəraiti əsasən yağmursuz  olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Abşeron yarımadasında gecə 22-26, gündüz  31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz  34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259

Oxşar yazılar