Rəqsanə istintaqa ifadə verib
01 iyul 2013 10:32 (UTC +04:00)

Rəqsanə istintaqa ifadə verib

Rəis müavini: “Onun həbs edilib-edilməyəcəyinə istintaq qərar verəcək”


 

Muğənni Rəqsanə İsmayılovanın ifadəsi alınıb. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli bildirib.

 

Rəis müavini qeyd edib ki, Rəqsanə İsmayılova barəsində Suraxanı Rayon Polis İdarəsi tərəfindən başlanmış cinayət işinin materialları Bakı şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə verilib: “Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Rəqsanə İsmayılova Bakıya gələn kimi dərhal istintaqa dəvət olunub və onun ifadəsi alınıb. Onun həbs edilib-edilməməsi ilə bağlı qərarı isə istintaq verə bilər”.

 

A. Nəzərli həmçinin qeyd edib  ki, müğənninin səhhətindəki problemlərlə əlaqədar onun barəsində elan olunmuş axtarışa xitam verilib.  

 

Qeyd edək ki, R. İsmayılova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

# 787
avatar

Oxşar yazılar

Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28
Bakıda  evdən meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

21 may 2024 , 17:15
Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

21 may 2024 , 17:07
motosiklet

Bakıda motosikletlə "avtoş"luq edən həbs olundu

21 may 2024 , 16:50
Tərtərdə MİNA PARTLADI:  ölən var

Tərtərdə MİNA PARTLADI: ölən var

21 may 2024 , 16:04
Saxlanılan şəxsi döyən polis zabiti həbs olundu

Saxlanılan şəxsi döyən polis zabiti həbs olundu

21 may 2024 , 15:05
Hindistanlıları ABŞ-a aparmaq adı ilə  aldadan pakistanlı Bakıda tutuldu - VİDEO

Hindistanlıları ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı Bakıda tutuldu - VİDEO

21 may 2024 , 14:50