Qusarda yaşayış evində partlayış baş verib. Hadisə Qusar şəhər Müqtədir küçəsi ev 126 mənzil 4 ünvanında qeydə alınıb. Güclü partlayış ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində yerləşən mənzilə ciddi ziyan vurub.
APA TV-nin xəbərinə görə, hadisə zamanı evdə tək olan Qusar şəhər sakini, 84 yaşlı Salmanov Abdulrəşid Abduləziz oğlu yanığ xəsarətləri ilə Qusar mərkəzi rayon xəstəxnasına çatdırılıb Həkim Cavanşir Beybutov deyib ki, xəstəyə şok əleyhinə tədbirlər görülüb. Vəziyyəti ağır stabildir.
İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.