Qərbi Gürcüstanda 20 ev su altında qalıb
20 iyul 2013 03:01 (UTC +04:00)

Qərbi Gürcüstanda 20 ev su altında qalıb

Qərbi Gürcüstanda çayların öz məcrasından çıxması nəticəsində iki rayon ərazisi sel sularının altında qalıb. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Zuqdidi və Tsalencixi rayonlarında yollar uçub, torpaq sürüşməsi baş verib və 20 ev sel suları altında qalıb, əkin sahələri məhv olub.

 

Hazırda adı çəkilən rayonlarda güclü yağışlar davam edir.

 

Təbii fəlakətlə əlaqədar komissiya yaradılıb və hava şəraiti imkan verən kimi dəyən ziyan hesablanmağa başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar