Qadına hücum edən keçmiş məhkum tutuldu
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bakıda qadına qarşı quldurluq edən şəxs yaxalanıb. 
	Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə müraciət edən Suraxanı qəsəbəsində yaşayan bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq apardığını bildirib.
	Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılıb.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0