Prezident Sabirabadda səfərdədir - YENİLƏNİB
29 avqust 2013 18:11 (UTC +04:00)

Prezident Sabirabadda səfərdədir - YENİLƏNİB

Prezident İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfər edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verib.
Bildirildi ki, tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır. Meydanın ərazisində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilib, Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulub. Burada geniş yaşıllaşdırma işləri görülmüş, müxtəlif gül kolları və həmişəyaşıl ağaclar əkilmiş, oturacaqlar qoyulub.

Bu gün Prezident İlham Əliyev həmçinin, yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında və eyni zamanda Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929

Oxşar yazılar