Polis vəkil Mənsum Bayramovu dələduzluq ittihamı ilə saxlayıb
05 sentyabr 2014 22:36 (UTC +04:00)

Polis vəkil Mənsum Bayramovu dələduzluq ittihamı ilə saxlayıb

0

Vəkil Mənsum Bayramov bir neçə gün öncə polis tərəfindən saxlanılıb.

 

Bu barədə "Turan"-a qeyri-rəsmi mənbələrdən bəlli olub.

 

Mənbənin məlumatına görə, vəkil dələduzluqda ittiham olunur və onun barəsində artıq bir aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Mənsum Bayramovun mobil telefonuna zəng çatmır.

 

Rəsmi orqanlardan vəkilin həbsinin səbəbləri ilə bağlı məlumat almaq mümkün olmayıb.

 

Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-nin namizədliyini irəli sürdüyü üzvü olub.

 

 

Musavat.com-da olan məlumata görə, o, hazırda da AXCP Rəyasət Heyətinin üzvüdür. Lakin "Turan" agentliyi iddia edir ki, vəkilin hazırda siyasi mənsubiyyəti yoxdur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1214

Oxşar yazılar