Polis şöbəsində intihara cəhd
11 aprel 2013 18:49 (UTC +04:00)

Polis şöbəsində intihara cəhd

Lənkəran Rayon Polis Şöbəsində intihara cəhd olunub. Lənkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, oğurluqda təqsirli bilinən 1969-cu il təvəllüdlü Velədi kənd sakini, əvvəllər məhkum olunan Cəmil Babayev ifadə verərkən özünü Polis Şöbəsinin ikinci mərtəbəsindən ataraq intihara cəhd edib. C. Babayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

 

# 892
avatar

Oxşar yazılar