Paytaxtın Səbail rayonunda Filarmoniyanın yaxınlığında külək ağacın budağını qıraraq 20 yaşlı qadının üstünə atıb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bu barədə çağırış 12:05-də olub və sözügedən şəxs Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda isə onun vəziyyəti orta ağırdır.