Oğurluq malı satan da, alan da tutuldu
06 iyul 2017 11:22 (UTC +04:00)

Oğurluq malı satan da, alan da tutuldu

0

Daxili işlər orqanları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin mart ayının 24-də Sulutəpə qəsəbəsində yerləşən mənzillərdən birindən 8000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - Ramiz Abbasov və Toğrul Abbaslı saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, R.Abbasov və T.Abbaslı gecə saatlarında qeyd edilən mənzildə işıqların yanmadığını görərək oradan oğurluq etmək qərarına gəliblər. Saxlanılan şəxslər qızıl-zinət əşyalarını və televizoru əvvəldən tanıdıqları Nəriman adlı şəxsə dəyər-dəyməzinə satdıqlarını bildiriblər.

 

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qeyd edilən şəxslərdən qızılları və televizoru oğurluq olduğunu bilə-bilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Kərimov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan şəxslərin ətraflarında aparılan sonrakı əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, onlar müxtəlif vaxtlarda Xəzər rayonunun “Albalılıq” yaşayış massivində yerləşən 5 fərdi yaşayış evindən də oğurluq ediblər.

 

Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 754

Oxşar yazılar