Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 iyun
19 iyun 2014 20:15 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 iyun

GÜNÜN ŞƏRHİ


İŞİD növbəti hədəfini açıqlayıb. İstanbulun fəthi. Deyəsən, İraqı ildırım sürəti ilə nəzarətinə götürməsi, minlərlə günahsız mülki şəxsi qətlə yetirməsi İŞİD silahlılarını ruhlandırıb, onlar artıq İstanbulun fəthi barədə düşünürlər. Ruslar demişkən, “meçtat ne vredno”, yəni, arzulamaqdan zərər gəlməz, nə qədər istəyirlər, xəyala dalsınlar. Amma məsələ terrorçuların İstanbulu hədəf göstərməsində deyil, məsələ İŞİD-in hər vəchlə Türkiyəni İraqdakı cəhənnəm burulğanının mərkəzinə çəkməkdir. 10-dək diplomatik nümayəndəliyin yerləşdiyi küçədə tək Türkiyə konsulluğunun binasını ələ keçirmək, türk diplomatlarını girov götürmək bu məqsədə hesablanıb. Türkmən bölgələrində soyqırımı törətmək bu məqsədə hesablanıb. Türkiyə əleyhinə ard-arda bəyanatlar vermək bu məqsədə hesablanıb. İstanbulun fəth ediləcəyini bəyan etmək buna hesablanıb. İŞİD-in Türkiyəyə və türklərə qarşı fəaliyyəti Ankaranın bu terror təşkilatını uzun illər pul və silahla təmin etdikdən sonra dəstəyi geri çəkməsi ilə əsaslandırılsa da, məncə, bu yalnız aysberqin görünən tərəfidir. İŞİD bir vasitədir, Türkiyəni bu qruplaşmanın əli ilə cəhənnəm qazanına doğru çəkmək istəyənlər bölgədə türk varlığını silmək istəyən dövlətlərdir. Hansı dövlətlər? Cavab aydındır - İraqın yenidən qurulması dönəmində türkmənləri həmişə süfrədən kənarda qoyan kimdirsə, bu gün Türkiyəni burulğanın mərkəzinə çəkmək istəyən də odur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09