Nərmin Hüseynli dəfn edildi
11 mart 2014 13:30 (UTC +04:00)

Nərmin Hüseynli dəfn edildi

Bir neçə müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən və Türkiyədə İstanbul Memorial Klinikasında vəfat edən Nərmin Hüseynli bu gün Saray qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Lent.az-ın dəfndə iştirak edən əməkdaşının sözlərinə görə, dəfndə mərhumun yaxınları, dostları iştirak ediblər.

 

Qeyd edək ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakıda xeyriyyə kampaniyası keçirilib, onun müalicəsi üçün lazım olan 150 min manatın böyük bir hissəsi toplanıb. İki gün əvvəl həkimlər N. Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildiriblər. 

 

Onu da qeyd edək ki, dəfn mərasimində insident yaşanıb. Mərhumənin yaxınları foto və video çəkilişinə mane olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1744

Oxşar yazılar