MTN 18 nəfəri ifşa etdi
01 oktyabr 2013 18:24 (UTC +04:00)

MTN 18 nəfəri ifşa etdi

MTN aralarında Azərbaycan, Rusiya və Ukrayna vətəndaşlarının olduğu 18 nəfəri edib


 

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ümumilikdə 13 kiloqramdan artıq narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 18 nəfər, o cümlədən Azərbaycan Respublikasının 16, Rusiya Federasiyasının 1 və Ukraynanın 1 vətəndaşı şübhəli şəxs qismində tutulub.

 

MTN-in İctimai Əlaqələr MərkəzindənAPA-ya verilən məlumata görə, keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 9 kiloqrama yaxın tiryək, 2 kiloqram 564 qram həşiş, 720 qram heroin və təxminən 900 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, Rusiya Federasiyasının vətəndaşı Quliyev Qəhrəman Arif oğlu, Ukrayna vətəndaşı Ağayev Asim Mirfeyruz oğlu, Azərbaycan Respublikasının vətəndaşları Nəzərov Aslan Bayraməli oğlu, İskəndərov İlqar Mirzəli oğlu, Nuriyev Samir Ağamoğlan oğlu, Kərimov Emil Arzuman oğlu, Ağayev Rasim Mirfeyruz oğlu, Abdullayev Əmir İsa oğlu, Əliyev İlham Əmir oğlu, Nağıyev Rəşid Rəşid oğlu, Abdullayev Namiq Kərəm oğlu, Məmmədov Novruz Məmməd oğlu, Baxşiyev Amil Ələkbər oğlu, Səlimov Fuad Faiq oğlu, Ağayev Nazim Əsmətəli oğlu, Tağıyev Rövşən Surəddin oğlu, Tağıyev Vüqar Həmzə oğlu və Xalıqov Bayram Sarastan oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 

Amil Baxşiyevin kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki mənzilinə keçirilmiş baxış nəticəsində, həmçinin 1 ədəd “Makarov” tipli tapanca, həmin odlu silaha aid 5 patron və 1 daraq da aşkar edilib.

 

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirl

 

# 3934
avatar

Oxşar yazılar

Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28
Bakıda  evdən meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

21 may 2024 , 17:15
Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

21 may 2024 , 17:07
motosiklet

Bakıda motosikletlə "avtoş"luq edən həbs olundu

21 may 2024 , 16:50
Tərtərdə MİNA PARTLADI:  ölən var

Tərtərdə MİNA PARTLADI: ölən var

21 may 2024 , 16:04
Saxlanılan şəxsi döyən polis zabiti həbs olundu

Saxlanılan şəxsi döyən polis zabiti həbs olundu

21 may 2024 , 15:05
Hindistanlıları ABŞ-a aparmaq adı ilə  aldadan pakistanlı Bakıda tutuldu - VİDEO

Hindistanlıları ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı Bakıda tutuldu - VİDEO

21 may 2024 , 14:50